TaxiRent.az
TaxiRent.az
by Libra Park

Məxfilik Siyasəti

Bu sənəd TaxiRent.az saytından istifadə zamanı məlumatların necə toplanması, istifadəsi və qorunmasını izah edir.

Son yenilənmə: 2026 Dil: Azərbaycan dili Operator: Libra Park MMC

1) Biz kimik

Sayt: TaxiRent.az — Bakıda taksi sürücüləri üçün avtomobil icarəsi və avtomobil sahibləri (investorlar) üçün elan yerləşdirmə platformasıdır.

Məlumatların operatoru: Libra Park MMC. Ünvan: Baku, Azerbaijan, Ismayil Hidayetzade 121.

2) Hansı məlumatları toplayırıq

2.1. Sürücülər üçün müraciət forması

  • Ad, soyad
  • Telefon nömrəsi
  • Taksi lisenziyasının olub-olmaması (bəli/xeyr)

2.2. “Elan yerləşdir” (avtomobil sahibi/investor) forması

  • Avtomobil məlumatları: marka, model, il
  • İstənilən gündəlik qiymət
  • Əlavə məlumatlar (əgər formda varsa)
  • Investor/sahib haqqında: ad və telefon

2.3. Texniki məlumatlar (analitika)

Saytın işləməsini yaxşılaşdırmaq üçün bəzi texniki məlumatlar analitika sistemləri vasitəsilə toplanır:

  • IP ünvan (bəzən qismən/anonym şəkildə), brauzer tipi, cihaz tipi
  • Giriş mənbəyi (məs: Google)
  • Baxılan səhifələr, kliklər, sessiya müddəti
Qeyd: Sayt üzərindən WhatsApp-a keçid etdikdə mesajlaşma WhatsApp platformasında gedir və onların öz məxfilik qaydaları tətbiq olunur.

3) Məlumatları niyə istifadə edirik

  • Müraciət və elanlara cavab vermək, sizinlə əlaqə saxlamaq
  • Uyğun avtomobil/şərtləri təklif etmək (məs: lisenziya var/yox)
  • Saytı yaxşılaşdırmaq və istifadə statistikası aparmaq
  • Reklam kampaniyalarının effektivliyini ölçmək (piksel/analitika)

4) Məlumatların paylaşılması

Biz şəxsi məlumatları satmırıq. Aşağıdakı hallarda paylaşım ola bilər:

  • Analitika və reklam alətləri ilə (Umami, Google, Meta, TikTok) — istifadənin ölçülməsi üçün
  • Texniki xidmət: hosting/server xidmətləri, təhlükəsizlik məqsədləri
  • Qanuni tələb olduqda (məhkəmə və ya dövlət orqanlarının tələbi)

5) Cookies və oxşar texnologiyalar

Biz saytda həm texniki, həm də analitika/reklam məqsədli texnologiyalardan istifadə edə bilərik. Hazırda ayrıca “cookie banner” göstərmürük.

İstəsəniz brauzer ayarlarınızdan cookie-ləri məhdudlaşdıra və ya silə bilərsiniz. Bu, saytın bəzi funksiyalarına təsir edə bilər.

6) Təhlükəsizlik və saxlanma müddəti

  • Məlumatları mümkün qədər təhlükəsiz saxlamaq üçün texniki tədbirlər görürük.
  • Müraciət/elan məlumatlarını biznes məqsədi üçün lazımi müddət saxlayırıq (məs: əlaqə, xidmət keyfiyyəti).
  • Artıq ehtiyac olmayan məlumatlar silinə və ya anonimləşdirilə bilər.

7) Sizin hüquqlarınız

Siz aşağıdakıları istəyə bilərsiniz:

  • Sizinlə bağlı saxlanılan məlumatlar barədə məlumat
  • Düzəliş / yenilənmə
  • Silinmə (qanun və texniki məhdudiyyətlər nəzərə alınmaqla)

8) Bizimlə əlaqə

Məxfiliklə bağlı sualınız varsa, yazın:

  • Email: TaxiRentAz@gmail.com
  • WhatsApp: +994 50 969 01 01
  • Instagram: @taxirent.az

9) Dəyişikliklər

Bu məxfilik siyasəti yenilənə bilər. Yenilənmiş versiya bu səhifədə dərc olunduğu andan qüvvəyə minir.

Yuxarı · Ana səhifə

Qısa naviqasiya

1
Toplanan məlumatlar Formlar + analitika məlumatları
2
İstifadə məqsədi Əlaqə, xidmət, ölçmə
3
Cookies Banner yoxdur, brauzer ayarları
4
Əlaqə Email + WhatsApp
Analitika / Pixel:
Umami + Google + Meta + TikTok istifadə olunur (kampaniya ölçümü üçün).
© 2026 TaxiRent.az · by Libra Park